Ən güçlü pasporta sahib ölkə Sinqapur olub

“Pasport İndex” internet saytı dünyada ən güclü və etibarlı pasportlara malik ölkələrin siyahısını dərc edib. Tərtib edilən siyahıda ilk növbədə ölkənin diplomatik çəkisi nəzərə alınıb.

834863
Ən güçlü pasporta sahib ölkə Sinqapur olub

İndexə görə ən güçlü pasport, dünyanın 159 ölkəsinə vizasız səyahət edə bilən Sinqapurdur.

Amerika Birləşmiş Ştatları və Böyük Britaniya vətəndaşları pasportları sayəsində ancaq 147 ölkəyə, səyahət edə bilirlər. Bu ölkələri isə 145 ölkəyə vizasız səyasət edə bilən Fransa, Almaniya və Cənubi Koreya sakinləri izləyir. İtaliya və İsveç vətəndaşlarının 144, Danimarka, Finlandiya, Hollandiya, Lüksemburq, Yaponiya, Sinqapur sakinlərinin 143, İsveçrə vətəndaşlarının isə 142 ölkəyə vizasız daxil olmaq imkanı var.

Siyahıda altmışıncı yerdə gələn Cənubi Sudan, Birma, Solomon sahili (Sakit Okean) və Fələstin sakinləri yalnız 28 ölkəyə sərbəst getmək hüququna malikdirlər.

Bir vaxtlar keçmiş Yuqoslaviya pasportu dünyanın ən güclü pasportu sayılırdı. Bu ölkənin pasportu ilə həm Qərb, həm də kommunist rejimli dövlətlərə getmək mümkün olurdu.



Әlaqәli Xәbәrlәr