Trampın oğlu atasının şəklini Supermen geyimində paylaşdı

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın böyük oğlu Donald Tramp Jr. atasının Supermen paltarı geyindirilmiş şəklini paylaşıb.

832350
Trampın oğlu atasının şəklini Supermen geyimində paylaşdı

     Tramp Jr.-ın öz İnstaqram hesabından paylaşdığı fotoda ABŞ prezidenti saqqallı və döş hissəsində T hərfi olan Supermen kostyumunda və guya “Time” jurnalının üz qabığında çıxmış kimi göstərilib. Şəklin üzərində yazılıb: "Prezident Tramp Amerikanı yenidən böyüdür".

  Bir çox İnstagram istifadəçisi fotoşəkillə bağlı şərhlər yazaraq ABŞ prezidentinə saqqalın yaraşdığını və belə bir saqqalı "böyütməyə" dəydiyini yazıb.

  Bəzi istifadəçilər isə şəklin Supermen və fanatlarına təhqir olduğunu bildirib.

  Xatırladaq ki, D.Tramp keçən il keçirilən prezident seçkiləri kampaniyası zamanı Nyu-Yorkdakı reklam lövhələrindən birində sinəsində S əvəzinə T hərfi olan Supermen geyimində təsvir edilmişdi.


Etiketlәr: #Tramp Supermen

Әlaqәli Xәbәrlәr