İngiltərə və Uelsdə ən populyar uşaq adları

İngiltərə (Birləşmiş Krallıq) Milli Statistika Mərkəzinin (ONS) "İngiltərə və Uelsdə uşaq adları" illik statistika hesabat dərc edib.

810866
İngiltərə və Uelsdə ən populyar uşaq adları

  İngiltərənin paytaxtı London və qərbi Midlands bölgəsində yaşayan ailələrin keçən il doğulan uşaqlara daha çox Məhəmməd adı verdikləri də məlum olub.  

  İngiltərə (Birləşmiş Krallıq) Milli Statistika Mərkəzinin (ONS) "İngiltərə və Uelsdə uşaq adları" illik statistika hesabatına görə, 2016-cı ildə doğulan oğlan uşaqlarına daha çox Oliver, qızlara isə Oliviya adı qoyulub. İngiltərə və Uelsdə ötən il doğulan 5017 körpə qıza isə Oliviya adı verilib. Siyahıda Oliviya adından sonra Ameliya, Emili, İsla və Ava adı gəlir.

  Adı çəkilən yerlərdə keçən il doğulan 6623 oğlan uşağına isə Oliver adı qoyulub, ondan sonra isə Harri, Corc, Jak və Yakob adlarıdır. 3908 uşağa isə Məhəmməd adı verilib.

  Qeyd edək ki, Londonun 8,6 milyonluq əhalisinin 12 faizi müsəlmanlardan ibarətdir. Birləşmiş Krallıqda təxminən 3 milyon müsəlman yaşayır.



Әlaqәli Xәbәrlәr