Dörd min il müharibəsiz keçən bölgə

İngilis arxeoloqu Ceyms Mellaart və qrupu tərəfindən 1960-cı illərdə tapılan Çatalhöyükdə 1993-cü ildən Stanford Universitetindən ingilis arxeoloq professor İan Hodderin rəhbərliyilə yenidən qazıntı işləri başlandı.

780917
Dörd min il müharibəsiz keçən bölgə

  Türkiyənin Konya şəhərinin Çumra qəsəbəsində neolit dövründə 8 min adamın bir araya gələrək şəhər qurduğu Çatalhöyükdə 4 min il ərzində müharibə, qarşıdurma və şiddət yaşanmadığı bildirilir.

  Neolit dövrü şəhəri olan Çatalhöyük insan övladının ilk məskunlaşma yerlərindən biri sayılır.

  Çatalhöyük Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı UNESCO-nun Dünya Miras Siyahısındakı ən qədim və ən mühüm mədəni irs sahələrindən biridir.

  İngilis arxeoloqu Ceyms Mellaart və qrupu tərəfindən 1960-cı illərdə tapılan Çatalhöyükdə 1993-cü ildən Stanford Universitetindən ingilis arxeoloq professor İan Hodderin rəhbərliyilə yenidən qazıntı işləri başlandı.

  Çatalhöyükün 9 min illik keçmişə uzanması və böyük bir sahəni əhatə etməsi baxımından çox əhəmiyyətli olduğuna işarə edən Hodder deyib: “Bölgədə təxminən 8 min adam yaşayıb. O dövrdə ilk dəfə Orta Şərqin xaricində yaşayış həyatı olduğu görünür. Çatalhöyükdə bəslənmə, ictimai əlaqələr və əmək bölgüsünə dair tapıntılar əldə etmişik. Çatalhöyükün çox sabit camaatı olub. 4 min il ərzində qarşıdurma olmadan sülh içərisində, həyatı paylaşaraq yaşamağı bacarıblar. Hər hansı bir qarşıdurma olmadan uzun müddət yaşama modeli kimi indiki dövrə çox yaxşı bir nümunədir. Cəmiyyət içərisində kollektiv yaşamaq əhəmiyyətli idi. Fərdilik qabarıq deyildi. Bunların içində lider yoxdur, ortaq həyat və sülh var. Aralarında qohumluq bağları çox deyil. Bioloji olaraq ailələrin bir yerdə yaşaması yerinə cəmiyyətdə fərqli insanlarla bir yerdə yaşayırlar. Genetik olaraq qarışıq bir birlik. Bunlar həqiqətən böyük bir ailədir. Bir əsrdə təxminən 3 - 8 min arası insanın yaşayan bir birlik olduğunu təxmin edirik."



Әlaqәli Xәbәrlәr