İşləyə bilmək üçün yarım saatdan bir soyuducuya girirlər

İsti hava ən çox onlara təsir edir.

764435
İşləyə bilmək üçün yarım saatdan bir soyuducuya girirlər

Türkiyənin Batman şəhərində  isti hava şəraitinə görə çətinliklə işləyən çörəkçilər işlərini görə bilmək üçün yarım saatdan bir soyuducuya girib çıxaraq çörək bişirirlər.

Havanın temperaturu 40 dərəcə isti olduqda şəhərdə belə işlərdə çalışanlar xeyli çətinlik çəkirlər.

Xüsusilə də odun başında işləyən çörəkçilər, dəmirçilər üçün isti havaya dözmək çətin olur. 

Batmanda çörək bişirən Barış Tan da sərinləmək üçün yarım saatdan bir soyuducuya girib-çıxır. Çörək bişirilən yerdə temperaturun 65 dərəcəyə çıxdığını deyən Barış Tan çörək pulu qazanmaq üçün bu işi görmək məcburiyyətində olduğunu, bu isti havada sərinləmək üçün bir həll yolu tapdığını qeyd edib.



Әlaqәli Xәbәrlәr