Narkotik daşıyan göyərçin tutuldu

Küveytdə gömrük işçiləri göyərçinə bağlanmış parça cibdə 178 ədəd narkotik həb tapdılar.

739934
Narkotik daşıyan göyərçin tutuldu

Küveytdə gömrük işçiləri göyərçinə bağlanmış parça cibdə 178 ədəd narkotik həb tapdılar.

Göyərçin Küveyt-İraq sərhədində Əl Abdali gömrük binasının yaxınlığında tutuldu.

 Göyərçinin daşıdığı narkotik həblər arasında qeyri-qanuni istifadə edilən kematin maddəsinin də olduğu öyrənildi.
 
 Gömrük rəsmiləri daha əvvəl göyərçinlərlə narkotik daşındığını eşitdiklərini, amma narkotik daşıyan bir göyərçini ilk dəfə tutduqlarını bildirdi.
 
Qiymətdə ağır, vəzndə yüngül olan narkotiklərin daşınması məqsədilə göyərçinlərdən istifadə edildiyi halların görüldüyü başqa ölkələr də var.
 
 2015-ci ildə Kosta Rikada  həbsxana nəzarətçiləri  göyərçinə bağlanmış toqqalı bir cibdə kokain və həşiş tapmışdılar.
 
 Kolumbiya polisi də 2011-ci ildə kokain və həşişin ağırlığından həbsxana divarının üstündən havaya qalxa bilməyən  göyərçini tutmuşdu.
 
 Göyərçinlər Roma dövründən etibarən məktub və ismarıcların daşınması  üçün istifadə olunan canlı nəqliyyat vasitləridir.
 
 Yarış göyərçinləri yüzlərlə kilometr məsafəni qət edərək havaya qalxdıqları məkana qayıtma xüsusiyyətinə malikdirlər.



Әlaqәli Xәbәrlәr