Rəsm çəkən at

Bir zamanlar məşhur yarış atı olan Metro rəsm çəkərək həyatını xilas etdi

724912
Rəsm çəkən at

Metro adlı məşhur yarış atı aldığı travma nəticəsində şikəst qalmışdı və bu, onun üçün yolun sonu deməkdi.

Lakin atın sahibi Ron Metro üçün orijinal xilas yolu tapdı.

Professional rəssam olan Ron Metroya ağzında fırça ilə kətan üzərində rəsm çəkməyi öyrətdi.

Bir müddətdən sonra Metro Ronun yerli rəsm qalereyalarında sərgilənəcək qədər gözəl rəsmlər çəkməyə başladı.

Atın tərzi sıçratma və damlatma texnikası ilə tanınan məşhur rəssam Jackson Pollockınkinə bənzədilir.

Metronun qeyri-adi qabiliyyəti ABŞ-ın Pennsilvania ştatında yerli televiziya kanalının diqqətini çəkdi. Orada yayımlanan xəbərdən sonra atın şöhrəti bütün ölkəyə yayıldı.

 2014-cü ildə Metronun əsərini satın almaq üçün növbəyə duranların sayı 150 nəfər idi.

14 yaşlı Metro rəsmlər çəkməyə davam edir

 

 

 

 



Әlaqәli Xәbәrlәr