Su idmançılar üçün ən faydalı içkidir

Mütəxəssislər bildirirlər ki, idman məşğələləri zamanı bütün içkilər eyni dərəcədə səmərəli deyildir.

714361
Su idmançılar üçün ən faydalı içkidir

Alimlər hər bir içkinin orqanizmə təsirini təhlil edərək bu qənaətə gəliblər ki, ən faydalı içki adi sudur. İdmanla məşğul olanlar məhz su içməlidirlər.

İdman təbabəti sahəsində mütəxəssislər tədqiqat aparıblar. Onların sözlərinə görə, şəkər və duz əlavə edilmiş içkilər bir çox idmançılar üçün vacibdir. İdmançılar üçün nəzərdə tutulmuş içkilər məşq zamanı itirilmiş enerjini qismən bərpa edir. Amma bu içkilərin öz fəsadları var, çünki şəkər əlavə edilmiş içkilər artıq çəkiyə səbəb olur, dişlərin quruluşunu təhlükə altına qoyur.

Enerjili içkilərin tərkibində kofein var. Bu da aritmiya, mədə pozğunluğu və baş ağrıları əmələ gətirir.

İdmançı üçün ən yaxşı vasitə sudur. Su orqanizmi bərpa edir və heç bir fəsad törətmir.

 

Mənbə:AZƏRTAC 



Әlaqәli Xәbәrlәr