Planetimizdə meşə örtüyü hər il 13 milyon hektar azalır

Yer kürəsində meşələrin ümumi sahəsi 4 milyard hektardan çoxdur.

696364
Planetimizdə meşə örtüyü hər il 13 milyon hektar azalır

Meşələri təsadüfən “planetin ağ ciyəri” adlandırmırlar. Yer kürəsində meşələrin ümumi sahəsi 4 milyard hektardan çoxdur. BMT-nın məlumatına görə, meşə örtüyü hər il 13 milyon hektara qədər azalır, bəzi mənbələrdə isə bu rəqəmin daha çox olduğu bildirilir.

Məlumatına əsasən,indi planetdə hər beş bitkidən biri məhv olmaq təhlükəsi ilə üzləşib. Avstraliya, Almaniya, Çexiya, Slovakiya və Polşada meşələrin yarısı sənaye tullantıları ilə çirkləndirilir. Skandinaviya ölkələrində meşələr Avropa ölkələrində havaya atılan zəhərli tullantıların yaratdığı turşulu yağışlardan, Kanada meşələri isə ABŞ-dan gedən zəhərli tullantılardan ziyan çəkir. Bir sıra ölkələrdə kütləvi tullantıların yağışlarla yerə qayıdan çöküntüləri səbəbindən ağcaqayın meşələrində ağacların 80 faizi məhv olur.

Meşələr azaldıqca bitki növləri tükənir, qida rasionu kasıblaşır. Həm də bunlar dolayısı ilə orqanizmdə müxtəlif xəstəliklərin yaranmasına, ömrün azalmasına səbəb olur. Bunun qarşısının alınmaması ekoloji fəlakətlə nəticələnə bilər. Meşə varsa, həyat var, meşə yoxsa, həyat da tükənir.

 

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr