“Bürünc buğa” heykəlinin qarşısında “Qorxusuz qız” heykəli

8 Mart- Beynəlxalq Qadınlar Günündə qoyulan “Qorxusuz qız” dünyanın ən böyük varlıq şirkətlərindən “State Street Global Advisors” (SSGA) tərəfindən hazırlanıb.

687053
“Bürünc buğa” heykəlinin qarşısında “Qorxusuz qız” heykəli
bronz boğaya karşı korkusuz kız1.jpg

ABŞ-da cinsi bərabərliyi və qadın rəhbər  sayının məhdud olduğuna diqqət çəkmək məqsədi ilə dünya birjasının mərkəzi sayılan “Wall Street’in simvolu bürünc buğa heykəlinin qarşısına ona meydan oxuyan “Qorxusuz qız” heykəli qoyulub.

8 Mart- Beynəlxalq Qadınlar Günündə qoyulan “qorxusuz qız” dünyanın ən böyük varlıq şirkətlərindən “State Street Global Advisors” (SSGA) tərəfindən hazırlanıb.

Şirkətin məlumatında bildirilib ki, bu heykəl qadınların gücünün və liderliyinin daşıdığı əhəmiyyətin vurğulanması məqsədi ilə qoyuldu. Araşdırmalar cinsi bərabərlik və müxtəlifliliyin olduğu şirkətlərin daha güclü maliyyə fəaliyyətləri göstərdiyini ortaya qoyub.

Ayrıca bu şirkətlərdə daha az rüşvət, sui-istifadə və qalmaqallı hadisə hallarının qeydə alındığını bildirən şirkət rəsmisi şirkətlərin qadın rəhbər və çalışan sayını artırmaq üçün konkret addımlar atmasının vacibliyini ifadə edib.

“Charging Bull” adlanan Wall Streettin bürünc boğası 1989-cu ildə italiyalı heykəltəraş Arturo Di Modica tərəfindən qoyulub.



Әlaqәli Xәbәrlәr