"Oscar-2017"-də qalibi səhv elan etdikləri üçün işdən çıxarılacaqlar

"Oscar-2017" mükafatının təqdimetmə mərasiminin sonunda "Ən yaxşı film" nominasiyasında qalibinin səhv elan edilməsinə görə məsuliyyət daşıyan şəxslər işdən çıxarılacaq.

683030

Bu bəyanatla Amerika Kino Akademiyasının prezidenti Cheryl Boone Isaacs (Şeril Bun Ayzeks) çıxış edərək: "Ən yaxşı film" nominasiyasında "Oscar" mükafatını qalib filmə səhv verməyə görə məsuliyyət daşıyan səsvermə qrupunun əməkdaşları daha burada işləməyəcəklər" deyib.

Hadisə bazar günü keçirilən 89-cu təqdimetmə mərasimində baş verib.

Warren Beatty (Uorren Bitti) "Ən yaxşı film" nominasiyasının qalibi olaraq "La-la Lend" filminin adını çəkib. Filmin çəkiliş qrupu səhnəyə çıxdıqda isə məlum olub ki, əslində, qalib "Ay işığı"dır.

Әlaqәli Xәbәrlәr