Belçikanın "Türk kəndi"- Faymonvilledə karnaval sevinci

Belçikanın "Türk kəndi" kimi tanınan Faymonville kəndində ənənəvi hal alan karnaval rəngli görüntülərə səhnə oldu.

681698
Belçikanın "Türk kəndi"- Faymonvilledə karnaval sevinci
faymonville, belçika, türk köyü.jpg
faymonville, belçika, türk köyü.jpg
faymonville, belçika, türk köyü.jpg

 Belçikada özlərini əsrlərdir "Türk" adlandıran faymonvillelilər bu il də ay -ulduzlu bayraqlarla kəndi bəzədilər. 
 
 Karnavalda ətraf kəndlərdən gələn qonşular da özlərinə məxsus maraqlı kostyumları və xalq oyunlarını təntənəli şəkildə nümayiş etdirdilər.
 
 Şəkər, içəcək və rəngarəng konfettilərin paylanıldığı karnavalda Belçika və qonşu ölkələrdən gələn Türklər iştirak etdilər.
 
 Kəndin futbol komandası "RFC Turkania" (Gənc Türklər Birliyi) həvəskar liqada ay-ulduzlu loqosu ilə mübarizə aparır. Faymonvilledəki yeganə otelin adı Le Vieux "Keçmiş Sultan"dır.
 
 Belçikanın Almaniya sərhədinə yaxın Arden dağları bölgəsində təxminən min nəfərin yaşadığı Faymonville kəndinin mərkəzində bu gün kitabxana olaraq istifadə edilən binanın girişində mərmər üzərində oyulmuş ay-ulduz, binanın daxilində və şüşələrdə olan Türk bayrağı motivləri diqqəti çəkir.
 
 Faymonville kəndinin "Türk kəndi" adlandırılması haqqında VIII-ci əsrə aid  olunan müxtəlif rəvayətlər var.
 
 Kəndlilərin Səlib yürüşlərində iştirak etməyi rədd etdikləri iddia edilir. Ən geniş yayılmış rəvayətə görə, XVI və XVII əsrdə Osmanlıya qarşı kilsənin qoyduğu vergiləri ödəməyən Faymonville kəndliləri müsəlmanlarla ittifaqda olduqları səbəbindən "Türk" adlandırılıblar.



Әlaqәli Xәbәrlәr