Dünyanın dörd bir tərəfindən xərçəng xəstələri bu kəndə axışır

Osmanlı imperiyası dövründə xəstə olan şahzadələrin yaşadığı Ayvacık kəndi...

676851
Dünyanın dörd bir tərəfindən xərçəng xəstələri bu kəndə axışır
spil orman köşkleri.jpg
spil dağı.jpg
spil dağı milli parkı.jpg
spil dağı ayvacık.JPG

Türkiyənin Manisa vilayəti ərazilərində yerləşən Spil dağı zirvəsindəki Ayvacık bölgəsi xüsusilə xərçəngə qarşı şəfa mənbəyi kimi məşhur oldu.

Dünyanın dörd bir tərəfindən xərçəng xəstələri bu kəndə axışır.

Osmanlı imperiyası dövründə xəstə olan şahzadələrin yaşadığı Ayvacık kəndi Türkiyə sərhədlərindən kənarda da tanınmağa başladı və başda Hollandiya, İngiltərə, Fransa, ABŞ və Almaniyadan olmaqla dünyanın dörd bir tərəfindən xəstələrin marağına səbəb oldu. Xəstələr bu kəndə axışmağa başladı.

Spil dağının 1522 metr hündürlüyündə yerləşən kənddə daha əvvəl 5-6 nəfər yaşayırdı. Ayvacık kəndinin (əslində məhəllədir) əhali sayı illər ərzində 250-yə çıxdı. Manisada balet və müasir rəqs müəlliməsi olan Nursel Karaosmanoğlu Şimkəkin qara ciyər xərçəngindən xilas olmaq üçün yerləşdiyi məhəllə ona şəfa mənbəyi oldu.

Bu arada məhəllə də “həkim kənd” adı ilə məşhur oldu. Nursel Karaosmanağaoğlu Şimşəkin hekayəsini eşidənlər də Spil dağı Milli Parkı daxilindəki yeganə yaşayış yeri olan Ayvacık məhəlləsinə gəlməyə başladılar.

Özü kimi xərçəng xəstəliyindən əziyyət çəkənlərin Ayvaçıkta sağalan şəxslər olduğunu söyləyən Şimşək vurğulayır ki, qan xərçənginə düçar olan bir kapitan İstanbuldan gəldi və burada yaşadı. İstanbula qayıdıb özünü həkimlərə müayinə etdirdiyi zaman hər kəs çaşıb qaldı, çünki o da sağalmışdı.



Әlaqәli Xәbәrlәr