Almaniya alimləri okeanlarda oksigenin azaldığını söyləyirlər

Almaniyalı mütəxəssislər okeanlarda oksigenin həcminin azaldığını və bu təbii fəlakətin sürətlə baş verdiyini bildiriblər.

675344
Almaniya alimləri okeanlarda oksigenin azaldığını söyləyirlər

Almaniyalı mütəxəssislər okeanlarda oksigenin həcminin azaldığını və bu təbii fəlakətin sürətlə baş verdiyini bildiriblər.

Məlumata görə,  elmi tədqiqatlar nəticəsində son 50 il ərzində okeanlarda oksigenin həcminin iki faiz azaldığı sübut olunub.

Alimlər, həmçinin okeanların üst təbəqəsində oksigenin daha çox itirildiyini dəqiqləşdiriblər.

Buna səbəb kimi antropogen amillərin hidrosferə mənfi təsiri göstərilir.

Alimlərin fikrincə, oksigenin səviyyəsinin azalması su hövzələrində yaşayan canlılar üçün təhlükəli ola bilər.

 

Mənbə: AZӘRTAC



Әlaqәli Xәbәrlәr