“Cari ildə Antalyaya  8 milyon turist  gələcək”: Hakan Duran

Keçən il 5,7 milyon turistin ziyarət etdiyi Antalyaya, 2017-ci ildə ötən ilə müqayisədə 30% artımla təxminən 8 milyon turistin gəlməsi gözlənilir.

672139
“Cari ildə Antalyaya  8 milyon turist  gələcək”: Hakan Duran
antalya, turizm.jpg
antalya, turizmi.jpg

Bunun Professional Otel İdarəçiləri Dərnəyinin rəhbəri Hakan Duran  deyib. Duran,  İtaliya, Yunanıstan, İspaniya, Portuqaliya kimi Cənubi Avropa ölkələrində qiymətlərin artdığını və bu səbəblə xarici turistlərin Türkiyəni seçim etməsini gözlədiklərini bildirib.

Rusiyadan erkən rezervasiyanın davam etdiyini ifadə edən Duran: "Bu il Rusiyadan 2-2,5 milyon turistin gəlməsini gözləyirik. Keçən il təxminən 5,7 milyon xarici turistin gəldiyi Antalyanın 2017-də 7,5-8 milyon xarici turisti qonaq edəcəyi təxmin edilir. Bu da ötən ilə müqayisədə 30%  artım mənasını verir”.

 



Әlaqәli Xәbәrlәr