İngiltərə Kraliçası II Elizabeth rəsmi "Twitter" hesabına menecer axtarır

Buckingham Sarayı Kraliça II Elizabet 2 milyon 77 min təqibçisi olan rəsmi "Twitter" hesabına illlik 30 min funt-sterlinq maaş ilə menecer axtarır.

671263
İngiltərə Kraliçası II Elizabeth rəsmi "Twitter" hesabına menecer axtarır

Sürətli və dinamik bir komandayla  işləyə bilən rəqəmsal rabitə mütəxəssisi üçün iş elanı  Kraliçanın rəsmi  veb saytı vasitəsilə verildi.
 
 Elanda verilən pozisiya Kraliçanın "Twitter" hesabı ilə yanaşı, "Youtube" və "Facebook"  hesaplarının menecerliyini də nəzərdə tutur.
 
Elanda illik 30 min funt-sterlinq maaşla birlikdə təqaüd və özünü inkişaf təlimini  ehtiva edən 15 % -lik paydan ibarət əlavə paket də vəd edilir.
 
 Bu pozisiyaya namizədlərdən universitet diplomu, veb sayt menecerliyi sahəsində təcrübə, foto və video sahələrində səriştəlilik, innovativlik, yaradıcılıq, perspektivi düzgün dəyərləndirmə qabiliyyətləri  tələb olunur.



Әlaqәli Xәbәrlәr