Yastıqdan "milyonlar" çıxdı

6 il əvvəl vəfat edən anasının yastığından milyonlarla lirəlik banknotlar tapan oğulun sevinci uzun sürmədi.

617052
Yastıqdan "milyonlar" çıxdı

Türkiyənin Adana şəhərində heyvan alveri ilə məşğul olan İbrahim Çakar 6 il əvvəl vəfat edən anasının yastığında milyonlarla lirəlik banknotlar görüncə şok oldu.

Sonsuz qadınların müalicəsi ilə məşğul olan Zəhra Çakar 6 il əvvəl 85 yaşında vəfat etdikdən sonra oğlu anasının əşyalarını ayrıca otağa yığıb. Bir neçə gün əvvəl başqa bir evə köçən ailə təmizlik işləri aparmaq qərarına gəlib.

İbrahim Çakarın həyat yoldaşı qayınanasının sağlığında heç kimə vermədiyi yastığının söküncə içindən milyonlarla lirəlik baknot tapıb.

Lakin milyonçu olmanın sevinci uzun sürməyib.  Tapılan banknotlar 2005-ci ildə tədavüldən düşüb.



Әlaqәli Xәbәrlәr