XVII Ölüdəniz Hava Oyunları Festivalı

Adrenalin həvəskarları və usta paraşütçüləri bir araya gətirən və hər il Muğlanın Fethiye mahalında təşkil edilən Hava Oyunları Festivalına maraq yenə böyük idi.

588791
XVII Ölüdəniz Hava Oyunları Festivalı

  Ölüdəniz Hava Oyunları Festivalının builki proqramı həyəcan doluydu. Yarasa adamlar əvvəl yamac paraşütüylə tullandı, sonra özlərini səmaya buraxdılar. Səma aşiqləri üçün Babadağdan uçub Ölüdenizin bənzərsiz mənzərəsi üzərində süzmək böyük zövq idi. Adrenalin həvəskarları və usta paraşütçüləri bir araya gətirən və hər il Muğlanın Fethiye mahalında təşkil edilən hava Oyunları Festivalına maraq yenə böyük idi. 15 oktyabra qədər davam edəcək festivalın açılış mərasimi yerdən 1700 metr yüksəklikdə - Babadağın zirvəsində oldu.

  Fethiyə Bələdiyyəsinin rəhbərliyi və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə həyata keçirilən Festivalda 23 ölkədən 400 paraşütçü və dünyanın ən yaxşı akrobatik pilotları iştirak edirdi.

 



Әlaqәli Xәbәrlәr