Nasist zabitinin silahı hәrracda

Adolf Hitlerin lideri olduğu Alman Nasist Partiyasının qabaqcıllarından sayılan vә II Dünya müharibәsi zamanı Alman Hava Qüvvәtlәri komandiri olan Herman Göringin qızıl suyuna çәkilmiş tapançası hәrracda satılacaq.

548422

Alman Bild qәzetinin xәbәrinә görә, Göringin qızıl suyuna çәkilmiş tapançası Amerika Birləşmiş Ştatlarının Illinois ştatında yerlәşәn Rock İsland adlı hərrac evi tərəfindən satışa çıxarılacaq.

Hәrrac 9-11 sentyabr tarixlәrindә baş tutacaq. Göringin 1939-cu ildә düzәltdirdiyi xüsusi silahın 360 min avroya auditoriyaya tәqdim edilәcәyi gözlәnilir.
1945-ci ilin mayında Avstriyada ABŞ əsgərlərinə təslim olduğu zaman Herman Göringin üstündә olan 7,65 diametrlı "Walther PPK" markalı bu silah bütünlüklә qızıl örtükdәn ibarәtdir.

Tutacağı fil dişindәn hazırlanan silahın bir üzündə Göringin özü tərəfindən hazırlanan ailə gerbi, digər tərəfində isə adı və soyadının baş hərfləri (H və G) var.

Әlaqәli Xәbәrlәr