“Kir, su vǝ yağ tutmayan” parça

Bursa şǝhǝrindǝ yerlǝşǝn Uludağ Universiteti Mühǝndislik Fakültǝsi bölümündǝ hǝyata keçirilǝn layihǝ çǝrçivǝsindǝ kir,su vǝ yağ tutmayan, atǝşǝ dözümlü parça istehsal edilib.

472842
“Kir, su vǝ yağ tutmayan” parça

Bursa şǝhǝrindǝ yerlǝşǝn Uludağ Universiteti Mühǝndislik Fakültǝsi bölümündǝ hǝyata keçirilǝn layihǝ çǝrçivǝsindǝ kir,su vǝ yağ tutmayan, atǝşǝ dözümlü parça istehsal edilib.

Uludağ Universiteti Mühǝndislik Fakültǝsi Tekstil Mühǝndisliyi bölümündǝ hǝyata keçirilǝn layihǝdǝ vǝzifǝli müǝllim Zeynǝp Ömǝroğlu Başyiğit Anadolu xǝbǝr agǝntliyi müxbirinǝ verdiyi açıqlamada istehsal etdiklǝri parçanın çox funksiyalı (multifunksiyalı) olduğunu söylǝyib.

İstehsal etdiklǝri parçanın pambıqlı olduğu halda bu maddǝnin mǝnfiliklǝrinin ortadan qaldırıldığını bildirǝn Başyiğit deyib ki, bazarda ümumilikdǝ qatlar halında çox qalın kütlǝsi olan parçalar funksiyalı olaraq istifadǝ edilir. İstehsal etdiyimiz parça, hǝm tǝk qat, hǝm dǝ gec alışan, su, yağ vǝ kir tutmayan bir parçadır. Antibakterial xüsusiyyǝtǝ dǝ sahibdir.

Parçanın pambıqlı olmasının daşıdığı ǝhǝmiyyǝtǝ dǝ toxunan Başyiğit deyib ki, tǝbii bir mǝhsul olduğuna görǝ insanın sǝhhǝtinǝ dǝ zǝrǝri yoxdur. Sintetik parça deyil amma normal pambığın hǝmin zamanda mǝnfi cǝhǝtlǝri var; qısa müddǝtdǝ yanır, suyu tamamilǝ çǝkir, kiri vǝ yağı ǝmir, bakteriaların sevdiyi şǝrtlǝri yaradır. Pambığın bütün bu mǝnfi xüsusiyyǝtlǝrini aradan qaldıraraq mulkifunsional bir parça ixtirak etdik. Patent üçün müraciǝtimiz olub. Әlaqǝli qurumlar tǝrǝfindǝn patentdǝ ilkin araşdırma aparıldı. Hǝm Türkiyǝdǝ hǝm dǝ dünya miqyasında araşdırma aparıldı, bununla eyni olan bir parça istehsal edildiyi aşkarlanmadı.



Әlaqәli Xәbәrlәr