Dünyanın ən yaşlı kişisi İsrailin Hayfa şəhərində yaşayır

"Ginness" rekordlar kitabına düşǝn planetin ən yaşlı kişisi Kristal gəncliyini Nasist Almaniyası dövründə yǝhudi düşərgəsindǝ keçirib.

451235
Dünyanın ən yaşlı kişisi  İsrailin Hayfa şəhərində yaşayır

Dünyanın ən yaşlı kişisi israilli Kristal 112 yaşında ....

Polşada doğulan Kristal İsrailin Hayfa şəhərində yaşayır.

"Ginness" rekordlar kitabına düşǝn planetin ən yaşlı kişisi Kristal gəncliyini Nasist Almaniyası dövründə yǝhudi düşərgəsindǝ keçirib.

O, düşərgədə iki uşağını və hǝyat yoldaşını itirib, özü isǝ soyqırımdan xilas olmağı bacarıb.

1945-ci ildə Kristal tapılanda 37 kilo çəkisi olub.

Oğlu Kristalın bu qədər çox yaşamasının səbəbini nikbinliyi ilǝ bağlayır.

Daha əvvəl dünyanın tanınan ən yaşlı kişisi 112 yaşında həyatını itirən Yapon Yastutaro Koidey idi.



Әlaqәli Xәbәrlәr