Latviyada porsuq 2016-cı ilin heyvanı elan edilib

Latviya Təbiət Muzeyindən bildiriblər ki, porsuq bu ölkədə 2016-cı ilin heyvanı elan edilib.

423993
Latviyada porsuq 2016-cı ilin heyvanı elan edilib

Porsuq mühafizə olunan heyvanlar siyahısına daxil deyil. Hazırda Latviyada təqribən 13 800 porsuq var.

2015-ci ildə Latviyada ilin heyvanı dünyada ən iri vəhşi qaban növü olan“Sus scrofa” elan edilmişdi.

Latviya təbiətinin rəmzlərindən biri olan ilin heyvanı hər il Latviya Təbiət Muzeyi tərəfindən seçilir. Adətən elə heyvan növü olur ki, Təbiət Muzeyinin mütəxəssisləri ictimaiyyətin diqqətini onun öyrənilməsinə, yaxud mühafizəsi üçün tədbirlərin görülməsinə cəlb edir.

Daha əvvəl Latviyada boz suiti, uçar mişovul, qonur ayı, boz canavar, bataqlıq tısbağası və bəzi digər heyvanlar ilin heyvanı seçilib.


Etiketlәr: #porsuq

Әlaqәli Xәbәrlәr