300 il əvvəl batan xəzinə dolu ispan gəmisi tapılıb

Kolumbiya prezidenti Juan Manual Santos xəzinə yüklü gəmi barədə mətbuat konfransında məlumat verib.

401940
300 il əvvəl batan xəzinə dolu ispan gəmisi tapılıb

  İçində 600 nəfər adam və 17 milyard dollar dəyərinə yaxın xəzinəsiylə Karib dənizində batan bu ispan gəmisinin uzun illərdir ki, axtarılan “San Jose” gəmisi olduğu açıqlanıb.
  “San Jose” gəmisi xəzinəni oğurlamaq istəyən ingilis quldurlarının hücumundan sonra 8 iyun 1708-ci ildə Kolumbiyanın Kartagena (Cartagena) şəhərinin şimalında batıbmış.
  Batmış gəmini axtarmaq üçün keçən əsrin 80-ci illərində Amerika firması "Sea Search Armada" Kolumbiya hökumətindən icazə almışdı. Xəzinə tapılarsa, 5 faizini istəyəcəyini bildirdiyi üçün dövrün prezidenti Belisario Betancurla (1982-1986) işləri məhkəməlik olmuş, 2007-ci ildə Kolumbiya Ali Məhkəməsi “San Jose”dəki hər şeyin Kolumbiya dövlətinin mədəni varlığı olduğu barədə qərar vermişdi. Amerika firması axtarış işləri xərclərinin 50 milyon dollardan çox tutduğunu desə və buna görə Kolumbiya hökumətindən yüksək miqdarda təzminat tələb etsə də, heç bir şey əldə edə bilməmişdi.
  Qeyd edək ki, mətbuat konfransında gəminin nə zaman üzə çıxarılacağı barədə məlumat verilməyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr