Tripitaka müqəddəs mətnlər sərgiyə çıxarılıb

2000 illik müqəddəs mətnlər ziyarətçilərə təqdim olunur.

398133
Tripitaka müqəddəs mətnlər sərgiyə çıxarılıb

Bir qrup taylandlı buddist rahib, 2 min ildən daha qədim tarixə malik olan müqəddəs mətnləri, Hindistanda sərgiləməyə başlayıb. Dünyanın ən qədim yazılarından olan antik budist yazıları, iki nəhəng Budda heykəlinin Taliban tərəfindən dağıdıldığı zaman norveçli arxeoloqlar tərəfindən aşkarlanaraq Əfqanıstandakı Bamiyan dağlarından gətirilib. 2010-cu ildə Taylanda gətirilən Tripitaka mətnləri, hazırda buddanın doğum yeri olan Bod Qayada sərgilənir. Müqəddəs mətnlər daha sonra digər ölkələrə aparılacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr