Mədəniyyət Beşiyi Türkiyə 36 /2014

Şərqi Anadolunun turizm şəhərləri mədəni dəyərləri ilə məhşurdur

134094
Mədəniyyət Beşiyi Türkiyə  36 /2014

Şərqi Anadolunun turizm şəhərləri mədəni dəyərləri ilə məhşurdur. Bölgə dağlıq ərazidə yerləşdiyi üçün burda sərt və quru iqlim hakimdir. Qış ayları uzun, soyuq, qarlı-yağışlı yaz ayları isə qısa keçir. Bölgənin ən soyuq şəhəri sayılan Ərzurumda qışda istilik -28 dərəcəyə qədər düşür. Qar yağışı qış turizm cəhətdən əlverişli imkanlar yaradır. Dağlardakı bitki örtüyü dağ turizmi cəhətdən əhəmiyyətlidir. Məsəl üçün, Palandökən son illərdə artıq buranın qış idman mərkəzinə çevrilib.
Şərqi Anadolu qədim çağlardan bəri müxtəlif xalqların məskunlaşma yeri olub. Fərqli dövrlərdə burda yaşayan müxtəlif xalqların izləri qalıb. Məsəl üçün, Ağrı dağı inanc turizmi cəhətdən əsas yerlərdən biridir. Müqəddəs kitablara əsasən, Nuh peyğəmbərin gəmisi tufandan sonra buraya gəlib. Rəvayət buranı daha da məhşurlaşdırıb. Adəm və Həvvanın yaşadığı İrem bağlarının Ağrı dağının şimal ətəklərindəki Iğdır-İrəvan ovalığında yerləşdiyi inancı, buranı Xristian dininin əsas mərkəzlərdən birinə çevirib.
Qədim tarixə malik Ərzurum şəhərində çoxlu sayda tarixi əsərlər yerləşir. Bunlardan biri də tarixi dəqiq məlum olmayan Ərzurum qalasıdır. Qalanın 5-ci əsrdə Bizanslılar tərəfindən tikildiyi düşünülür. 3 sıra divarlarla əhatələnən və 110 bürclə birləşdirilən qalanın 4 qapısı var. Günümüzdə qalanın təkcə iç hissəsi qalıb. 11-ci əsrdə Türklərin əlinə keçən qalada Saltukoğulları dövrünə aid Qala Məscidi yerləşir. Qala sonralar Səlcuqlu və Osmanlılar tərəfindən bərpa edilib. İç hissənin cənub-qərbində, məscidin yanında, Saltuklulardan qalma kərpicdən tikilən “Tepsi Minarə” adlanan saat qülləsi yerləşir. Bu tikili 12-ci əsrdə müşahidə məqsədi ilə inşa edilib. Aşağı tərəfi kərpicdən, əsası isə kəsmə daşdan tikilən qülləyə 19-cu əsrdə taxta başlıq əlavə olunub. Bu tikili yanda yerləşən məscidin minarəsi kimi də işlənirdi. Ərzurum Saat Qülləsi Anadoludakı ən qədim Səlcuqlu minarəsidir.
Cümhuriyyət küçəsində yerləşən Ulu Məscid şəhərin əsas gəzməli yerlərindən biridir. Bura 1179-cu ildə Saltuklular dövründə inşa edilib və bir çox dəfə bərpa edilib. Məscid Səlcuqlu memarlığı əsasında tikilib. Düzbucaq planlı tikilidə, mehrab divarının uzununa yerləşdirilən 7 qübbə altı yerləşir. Bu bölmələrin içindəki 40 ədəd sütunun üstündə dam yerləşir. Məscidin kərpic minarəsi sağ tərəfdə yerləşir və içəridən bura girmək olar. Məscidin cənub tərəfində yerləşən Cimcime Sultan Türbəsi 13-cü əsrdə inşa edilib.
Anadolu Səlcuqlu memarlığının əsas əsərlərindən biri sayılan Cüt Minarəli Mədrəsə Ulu məscisin yanında yerləşir. 13-cü əsrdə Səlcuqlu sultanı I Ələddin Keykubadın qızı Hüdavend Xatun tərəfindən inşa edilən mədrəsənin digər adı “Xatuniye Mədrəsəsi”dir. Açıq həyətə malik mədrəsə 4 eyvanlı və 2 mərtəbəlidir. Tac qapısında palma, əjdaha və 2 başlı qartal fiqurları, qapının 2 yanında isə eyvanları dağılmış və kərpiclə düzəldilmiş 2 oyuqlu minarə yerləşir. Mədrəsənin arxasında silindr formalı dama malik qübbə yerləşir. Qübbənin memarlıq xüsusiyyətlərinə nəzər yetirəndə onun mədrəsədən sonra inşa edildiyini görürük.
Bu tarixi əsərlərin yanında Saltuklulardan qalan 3 qübbə yerləşir. Qübbələr 13-əsrdə inşa edilib. Bura bəzəkləri ilə turistlərin sevdiyi yerlərdən biridir.
Cümhuriyyət küçəsində Ərzurumun simvolu sayılan Yakutiye mədrəsəsi yerləşir. İlhanlılar dövründə hərbi qubernator Cəmaləddin Yaqut tərəfindən inşa etdirilən mədrəsə onun şərəfinə “Yakutiye mədrəsəsi” adlandırıb. Mədrəsə kəsmə daşdan tikilib, 4 eyvana və qapalı həyətə malikdir. Tac qapısında ecazkar daş bəzəklər yerləşir. Qabaq hissənin 2 yanında kərpicdən tikilmiş 2 minarə yerləşir. Sol tərəfdəki minarə dağılıb. Mədrəsənin qərb hissəsində silindr formalı və başlıqlı qüllə var. Bir neçə dəfə bərpa edilən mədrəsə günümüzdə Türk İslam Əsərləri və Etnoqrafiya Muzeyi olaraq fəaliyyət göstərir.
Ərzurum Lələ Mustafa Paşa Məscidi Osmanlı dövrü əsəridir. Bura 1562-ci ildə II Səlimin müəlimi olduğu üçün “lələ” adını alan və vaxtilə vəzir olan Mustafa Paşa tərəfindən inşa etdirilib. Memar Sinanın tikdiyi məscid külliyə formasındadır. Günümüzdə buranın saray və məktəb hissəsi dağılıb lakin hamam və məscid hissəsi qalıb.
Bunlardan başqa Ərzurumda çoxlu sayda məscid , mədrəsə və türbə var. Keçmişdə hərbi məqsədlə işlədilən yerlər də qalıb. Bunlardan 1877-78-ci illərdə Osmanlı- Rus müharibəsində, müdafiə məqsədli tikilmiş Tabyaları göstərmək olar.
Şərqi Anadolu mədəniyyəti ölkəmizin qədim və zəngin tarixə malik olduğuna bir daha sübutdur. Yerli mətbəx, əl sənətləri və milli oyunlar inkişaf etdirilərək gələcək nəsillərə çatdırılır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr