Mədəniyyət Beşiyi Türkiyə 35 / 2014

Cənub-şərqi Anadolunun digər bir tarixi şəhəri də Mardindir

134066
Mədəniyyət Beşiyi Türkiyə  35 / 2014

Cənub-şərqi Anadolunun digər bir tarixi şəhəri də Mardindir. Şimalda yerləşən yüksək dağlar şəhərin iqliminə təsir edir. Burda qış ayları soyuq, cənub tərəfdə isə quru iqlim səbəbilə bahar ayları isti keçir.
Dağın ətəyində qurulan şəhərdə ilk məskunlaşma e.ə 8000-ci illərdə başlayıb. Şəhər sıra ilə Roma, Bizans, Ərəb, Artukoğulları, Səlcuqlu, Qaraqoyunlu və Ağqoyunlu dövlətinin hakimiyyətində olub. 12-15-ci əsrlər arası Artukoğullarının paytaxtı olan şəhər, 16-cı əsrdə Osmanlıların əlinə keçib.
Bir çox yazılı mənbədə şəhərin adı “Merdin” yazılıb. Yerli xalqın da işlətdiyi “Merdin” sözü “qalalar” mənasını verir. Şəhərin ətrafında çoxlu qalalar yerləşir.
Mardin şəhəri dünyanın qədim şəhərlərindən biridir. Burda fərqli mədəniyyətlərə aid bir çox tarixi əsərlər var. Qala ətəklərində yerləşən daş evlər və fərqli dinlərə aid tikililər diqqət çəkən əsas turizm mərkəzləridir.
Mardin qalası 330-cu illərdə inşa edilib. Mərkəzə bağlı və şəhərdən 5 km şərqdə yerləşən qala yaya oxşayan 3 qaladan ibarətdir. Qız qalası hissəsində daşdan tikilmiş taxt, quyular, mağaralar və digər qalıqlar yerləşir. Dara qalası şəhərin 30 km şərqində, qədim Dara şəhərinə aid bir təpədə yerləşir. Böyük İsgəndər və fars hökmdarı Darius arasındakı müharibə burada olub. Qala İran hökmdarı Dara Yüvaniş tərəfindən inşa edilib. Qaladan başqa burda antik teatr, su anbarı və su kanallarının qalıqları var.
Mardin malik olduğu kilsələr, manastırlar, məscidlər və türbələri ilə müxtəlif mədəniyyətlərin simvolu olub. Şəhərdən 8 km şərqdə yerləşən Deyrüzzaferan manastırı süryanilərin dini mərkəzidir. 3 tərəfi qayalıqlarla əhatələnən manastır 4-cü əsrdə tikilməyə başlanıb. Sonrakı illərdə manastır bərpa edilib. 7-ci əsrin əvvəllərində manastır İranlıların tərəfindən bərpa edilərək bugünkü vəziyyətini alıb. Manastırın altında, iri daşlarla tikilmiş otaqlarda 52 süryani patriarxının qəbri var.
Mardində çoxlu sayda kilsə və manastırlar yerləşir. Bunlardan biri Mar Petrus və Pavlus kilsəsidir. Bunlardan başqa Mor İliyo və 5-ci əsrdə tikilmiş lakin günümüzdə Mardin Metropolitlik Kilsəsi adlanan Mar Benham kilsəsi əsas tarixi yerləndəndir.
Mardinin İslam dini tikililərindən məscidləri, külliyələri, mədrəsələri, təriqət yerlərini, hamam və karvansarayları misal göstərmək olar. Mərkəzdə yerləşən Ulu məscid qədim tarixə malikdir. 12-ci əsrdən, Artukoğullarından qalan məscidin minarəsindəki kitabə Ağqoyunlular tərəfindən bərpa edilib. Kitabəyə əsasən, 1176-ci ildə Diyarbakır hökmdarı tərəfindən inşa edilən məscid Anadolunun əsas İslam memarlığı nümunələrindən biridir. Qübbəsi çıxıntılı formadadır. İlk dəfə inşa edilən bu qübbə forması sonrakı qübbə tikililərinə nümunə olub.
Mardində dağılmadan qalan bir çox Artuklu mədrəsəsi var. 14-cü əsrdə, şəhərdəki qalanın yamacında, Artuklu sultanı İsa tərəfindən inşa etdirilən Sultan İsa mədrəsəsi 2 mərtəbəlidir. Mədrəsə tac qapısı bəzəkləri və kitabələri ilə məhşurdur.
Şəhərin cənub-şərqində Artuklular tərəfindən təməli qoyulan lakin Ağqoyunlular tərəfindən tamamlanan Sultan Qasım mədrəsəsi də 2 mərtəbəlidir. Külliyənin içində məscid və türbə var. Solda tac qapısı və düz qübbəli məscid, sağda isə bölük formada inşa edilən 2 türbə yerləşir. Mədrəsinin həyətində bulaq və hovuz var.
Mardinə 1,5 saat uzaqda yerləşən Midyat daş evləri, minarəyə bənzər zınqırov qüllələri və Süryani kilsələri ilə orta əsr şəhərlərinə oxşayır. Midyat gümüşçülük sənəti ilə məhşurdur. Bura son illər turizm baxımından inkişaf edir. Şəhərdən 18 km şərqdə yerləşən Deyrulumur manastırı 397-ci ildə Savurlu Mor Samuel və Kartminli Mor Şemun tərəfindən inşa edilib.
12 məhəlləli Midyatda evlər ya 1 ya da 2 mərtəbəlidir.
Mardində çoxlu sayda qədimi əşyalar satılır. Burdakı bazarlarda qədim gümüş əşyaları, müxtəlif qida məhsulları almaq olar. Şəhər tarixi ab-havası, adətləri və təbiəti ilə cənub-şərqi Anadolunun nadir şəhərlərindəndir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr