Dünyanın müxtəlif ölkələrində Novruz bayramı coşğu ilə qeyd olunur

Türk dünyası ölkələri başda olmaqla dünyanın müxtəlif yerlərində Novruz coşğusu hakimdir.

1962559
Dünyanın müxtəlif ölkələrində Novruz bayramı coşğu ilə qeyd olunur
beyaz saray nevruz.jpg
kirgiz nevruz.jpg

Türk dünyası ölkələri başda olmaqla dünyanın müxtəlif yerlərində Novruz coşğusu hakimdir.

Azərbaycan başda olmaqla digər Türk dövlətlərilə yanaşı dünyanın müxtəlif ölkələrində yaşayan türk icmaları Novruz bayramını təşkil edilən tədbirlərlə qeyd edirlər. 

İraqlılar yazın başlanğıcını təmsil edən Novruz bayramını Kərkük şəhər mərkəzində qeyd ediblər.

Tarixi Kərkük qalası və Baba Gürgür parkında keçirilən tədbirə hər il olduğu kimi çoxlu sayda kərküklü qatılıb.

Bayramın keçirildiyi yerlərdə sıx təhlükəsizlik tədbirləri görülüb.

Kərküklülər Novruzu “dostluq və qardaşlıq bayramı” kimi qiymətləndirərək bayramın bütün ölkədə, xüsusilə də Kərkükdə sülh və sevgiyə səbəb olmasını arzulayıblar.

İraqın bir çox şəhərlərində yazın başlanğıcını təmsil edən Novruz bayramı ilə əlaqədar müxtəlif tədbirlər keçirilir.

Hicri Şəmsi təqviminə görə, İranda da Novruz hər il martın 21-də qeyd olunur.

Novruz bayramı tədbirləri çərçivəsində paytaxt Tehrandakı “İran Mall”da tədbir keçirilib. Tədbirdə tamaşaçılara musiqili rəqs edən su fəvvarəsi və işıq şousu təqdim olunub.

Novruz bayramı şənlikləri çərçivəsində Qırğızıstanın paytaxtı Bişkekdəki hippodromda da at oyunları keçirilib.

Gözəl havadan istifadə edən minlərlə insan qırğız xalqının milli dəyərlərini və keçmişini simvolizə edən atlarla oynanan milli oyunları izləmək üçün hippodromlara axışıb. 

Özbəkistanda Daşkənd yaxınlığındakı Bektemir məhəlləsinin sakinləri Novruz bayramı təşkil edib, bayram üçün xüsusi yeməklər və sümələk deserti hazırlayıblar.

Amerika Birləşmiş Ştatlarında (ABŞ) Ağ Evdə də Novruz bayramı münasibətilə bayram tədbiri keçirilib.

ABŞ prezidenti Co Baydenin xanımı Cil Baydenin ev sahibliyi etdiyi tədbirdə Novruz bayramını qeyd edən ölkələrdən və icmalardan iştirakçılar iştirak edib.

Prezident Bayden "Evinizə xoş gəlmisiniz" deyərək, iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib.

Novruz bayramının bu il çətin dövrə təsadüf etdiyini deyən Bayden Türkiye və Suriyada baş verən zəlzələlərdən zərər çəkənləri də yad edib.

Bayden İrandakı etirazlara işarə edərək, İran xalqı ilə həmrəylik mesajı verib.

Qeyd edək ki, 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 3000 ilə yaxındır qeyd olunan bu bayramı Ümumdünya Novruz Günü elan edib.



Әlaqәli Xәbәrlәr