“Rafadan tayfa” Kosovoda
Xaricdəki Türklər və Əqrəba İcmalar Şurası (YTB) ilə Türkiyənin Priştina səfirliyi və Prizren Baş Konsulluğu tərəfindən təşkil olunan şou-proqram Prizrenin tarixi Lumbardhi kinoteatrında keçirilib
![“Rafadan tayfa” Kosovoda](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/fa48/864e/5c9a/6641bb1edae56.jpg?time=1722044507)
“TRT Çocuk” telekanalının məşhur cizgi filmlərindən olan “Rafadan tayfa”nın səhnə şousu Kosovonun Prizren şəhərində uşaqların böyük marağına səbəb olub.
Xaricdəki Türklər və Əqrəba İcmalar Şurası (YTB) ilə Türkiyənin Priştina səfirliyi və Prizren Baş Konsulluğu tərəfindən təşkil olunan şou-proqram Prizrenin tarixi Lumbardhi kinoteatrında keçirilib.
İki gün ərzində beş seansda təqdim olunan şouda Kosovonun müxtəlif bölgələrindən olan uşaqlar “Rafadan tayfa”nın sevilən qəhrəmanlarını maraqla izləyib, mahnılara qoşularaq əyləncəli anlar yaşayıblar.
Tamaşaya gələn uşaqlara sonda müxtəlif hədiyyələr verilib.
Әlaqәli Xәbәrlәr
![Son Tunc dövründən qalma planşetdəki yazılar](http://cdn.trt.net.tr/images/medium/rectangle/ab61/d014/eb4e/669e19cf3a663.jpg?time=1722044508)
Son Tunc dövründən qalma planşetdəki yazılar
M.N.Ersoy sosial media hesabından verdiyi açıqlamada bildirib ...
![Türkiyəyə qaytarılan antik əsərlər](http://cdn.trt.net.tr/images/medium/rectangle/6bf9/5edf/afd0/669e046562ef8.jpg?time=1722044508)
Türkiyəyə qaytarılan antik əsərlər
Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə ...