“Avroviziya 2023” mahnı müsabiqəsi Böyük Britaniyada olacaq

Bu barədə Avropa Yayım Birliyi (EBU) məlumat yayıb

1859196
“Avroviziya 2023” mahnı müsabiqəsi Böyük Britaniyada olacaq

 

  “Avroviziya 2023” mahnı müsabiqəsi Böyük Britaniyada keçiriləcək. Bu barədə Avropa Yayım Birliyi (EBU) məlumat yayıb.

  Təşkilat yarış iştirakçılarının, əməkdaşların və təşkilatçıların təhlükəsizliyinin təmin edilməsində üzərinə düşən məsuliyyəti nəzərə alaraq, bu qərarı verib. EBU ev sahibi ölkədə müvafiq şəraitin təmin edilməsi istiqamətində işlərin dərhal başlamalı olduğunu vurğulayıb.

Xatırladaq ki, Ukrayna 631 xalla “Avroviziya- 2022” mahnı müsabiqəsinin qalibi olmuşdu. Təşkilat “Avroviziya -2023”ün Ukraynadan keçirləcəyi ilə bağlı qərar da qəbul etmişdi.



Әlaqәli Xәbәrlәr