Ankarada Əhməd Cavad küçəsinin açılışı olub

Ankarada Azərbaycan xalqının istiqlal mübarizəsinə layiqli töhfələr vermiş vətənpərvər şair və ictimai xadim, Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın adına küçənin açılışı olub.

1838635
Ankarada Əhməd Cavad küçəsinin açılışı olub

Paytaxt Ankarada Azərbaycanda poeziya dünyasının nadir simalarından biri, Azərbaycan xalqının istiqlal mübarizəsinə layiqli töhfələr vermiş vətənpərvər şair və ictimai xadim, Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın adına küçənin açılışı olub.

Küçəyə Əhməd Cavadın adının verilməsi istedadlı şairin anadan olmasının 130 illiyi ilə bağlı Türkiyədə keçirilən tədbirlər çərçivəsində görkəmli şairin adının əbədiləşdirilməsi məqsədilə həyata keçirilib.

Bu münasibətlə Əhməd Cavad küçəsinin açılışından sonra Ankaranın Etimesgut rayonunda şairin şirlər kitabının təqdimatı olub, həyatına və yaradıcılığına həsr olunan panel təşkil edilib.

Etimesgut rayon bələdiyyəsi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycanın Türkiyədəki səfirliyi və Türk Tarix Muzeyi və Parkı tərəfindən birgə təşkil olunan tədbirlərdə rəsmi şəxslər, Türkiyə ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.



Әlaqәli Xәbәrlәr