Səudiyyə Ərəbistanında 2 min 600 illik kitabə tapılıb

Səudiyyə Ərəbistanının İrs İdarəsi eramızdan əvvəl VI əsrin ortalarına aid ölkənin tarixindəki ən uzun kitabənin aşkarlandığını elan edib.

1675171
Səudiyyə Ərəbistanında 2 min 600 illik kitabə tapılıb

Səudiyyə Ərəbistanının İrs İdarəsi eramızdan əvvəl VI əsrin ortalarına aid ölkənin tarixindəki ən uzun kitabənin aşkarlandığını elan edib.

İrs İdarəsi ölkənin şimalındakı Əl-Hait Valiliyinin Əl-Hail bölgəsində yeni bir arxeoloji kəşf tapıldığını açıqlayıb.

Bəyanatda bildirilib ki, yeni kəşf eramızdan əvvəl VI əsrin ortalarında Babil Kralı Nabonidusa (Eramızdan əvvəl 556 -  539) məxsus olan və Ərəbistan yarımadasının tarixi roluna, mədəni əhəmiyyəti və qədim Yaxın Şərq mədəniyyətlərinin əksəriyyətilə mədəni əlaqə saxladığına dair daha çox sübut gətirən qaya kitabələrini ortaya qoyub.
Arxeoloji kəşf bazalt qayalarından birinin üzərində "Babil padşahının əlində bir əsa və qarşısında bir sıra dini simvollar təsvir etdiyi" bir yazı və təxminən 26 sətirdən ibarət mixi yazı mətnini ortaya çıxarıb. Bunun Səudiyyə Ərəbistanında indiyə qədər tapılan ən uzun yazılı mətn olduğu ifadə edilib.

Bəyanatda yeni kəşfin mütəxəssislər tərəfindən nəzərdən keçirilməsinə və təhlilinə başlandığı və nəticələrin gələcəkdə açıqlanacağı vurğulanıb.



Әlaqәli Xәbәrlәr