Qadın cəsədinin aktrisa Naya Riveraya aid olduğu təsdiqləndi

Xatırladaq ki, ABŞ-ın “Glee” serialı ilə tanınan 33 yaşlı aktrisa Naya Rivera Kaliforniyadakı Piri gölündə oğluyla birlikdə təknə ilə gəzəndən sonra itmişdi

1454822
Qadın cəsədinin aktrisa Naya Riveraya aid olduğu təsdiqləndi

 

  Amerika Birləşmiş Ştatlarının Kaliforniya əyalətindəki Piri gölündə təknəsiylə gəzdikdən sonra itən aktrisa Naya Riveranın cəsədi tapılıb.

  İyulun 13-də göldə tapılan qadın cəsədinin Naya Riveraya aid olduğu təsdiqlənib.

  Xatırladaq ki, ABŞ-ın “Glee” serialı ilə tanınan 33 yaşlı aktrisa Naya Rivera Kaliforniyadakı Piri gölündə oğluyla birlikdə təknə ilə gəzəndən sonra itmişdi. Dörd yaşlı oğlu Cosi (Josey) isə bir qayıqçı tərəfindən gəmidə tək olaraq tapılmışdı. Uşaq müstəntiqlərə anasının üzdüyünü, ancaq gəmiyə dönmədiyini söyləyib.



Әlaqәli Xәbәrlәr