Enn Mari Antalyada konsert verəcək

İngilis müğənni Enn Mari (Anne Marie) Antalyada pərəstişkarları ilə görüşəcək.

1253753
Enn Mari Antalyada konsert verəcək

İngilis müğənni Enn Mari (Anne Marie) Antalyada pərəstişkarları ilə görüşəcək.

Müğənninin konserti Bələk Turizm Mərkəzində keçirilən və məşhur müğənnilərin iştirak etdiyi "Regnum Live in Concert" seriyası çərçivəsində həyata keçiriləcək.

Ceyms Artur (James Arthur),  Ceyson Derulo (Jason Derulo) və Cennifer Lopezin (Jennifer Lopez) ifalarından sonra Enn  Mari bu ilin "Regnum Live in Concert"  seriyasının son mərhələsini həyata keçirəcək.

Keçən il eyni tədbir çərçivəsində konsert verən ingilis müğənni ikinci dəfə avqustun 25-də Antalyada musiqisevərlərlə görüşəcək.

Enn Mari keçən ilki konsertində: "Ölkənizi çox sevirəm və bu il konsert verdiyim Antalyanı çox sevdim. Həqiqətən özümü evimdəki kimi hiss etdim. Gələn il yenidən gəlmək istəyirəm" demişdi.



Әlaqәli Xәbәrlәr