Kann kinofilm festivalına start verildi

Kino dünyasının ən əhəmiyyətli tədbirlərdən biri hesab edilən və bu il 72-ci dəfə keçirilən Kann Film Festivalı Fransanın Kann şəhərində başladı.

1201455
Kann kinofilm festivalına start verildi

25 Maya qədər davam edəcək olan 72-ci Kann Film Festivalı, açılış mərasimindən sonra Amerikalı rejissor Jim Jarmuschın "The Dead Do not Die" filminin qalası və dünya ulduzlarının qırmızı xalı üzərində keçidiylə başladı.

 72-ci dəfə təşkil edilən festival gecəsində Pedro Almadovar, Ksavye Dolan, Terrens Malik, Kventin Torontino və digər məşhur rejissorlar ərsəyə gətirdikləri ekran işlərini nümayiş etdirəcəklər.

Bu il münsiflər heyətinə Alexandro Qonsales İnyarritu başçılıq edir. Festival çərçivəsində Cim Carmuşanın “Ölülər ölmürlər” filmi dünya kino elitasına təqdim olunacaq. 

Ulduzlu gecənin qonaqları gözqamaşdıran libasları ilə kameraların önünə keçərək, verdikləri cəsarətli pozlarla diqqətləri öz üzərinə cəlb edirlər.

 Qızıl Palma və əsas kateqoriyalarda 21 film yarışacaq.



Әlaqәli Xәbәrlәr