Türk Filmləri amerikalı sənətsevərləri bir araya gətirəcək

18-ci Boston Türk Film və Musiqi Festivalı 21 mart-7 aprel tarixlərində amerikalı sənətsevərləri bir araya gətirəcək.

1166213
Türk Filmləri amerikalı sənətsevərləri bir araya gətirəcək

18-ci Boston Türk Film və Musiqi Festivalı 21 mart-7 aprel tarixlərində amerikalı sənətsevərləri bir araya gətirəcək.

Şimali Amerikanın ən əhəmiyyətli kino tədbirlərdən olan 18. Boston Türk Film və Musiqi Festivalı (BTFMF) film proqramı 21 martda Nuri Bilge Ceylanın 'Ahlat Ağacı' filmi ilə start götürəcək və 7 apreldə Murat Düzgünoğlunun rejissorluq etdiyi 'Xələf 'filmi ilə sona çatacaq.

ABŞ-da ən qədim Türk film festivallarından biri olan BTFMF film nümayişlərindən sonra konsertlərlə 28 aprelə qədər davam edəcək.

Festival proqramında Tunç Okanın 'Avtobus', Mustafa Qaradənizin 'Çinar', Səfa Öztürkün 'Güvən', Hacı Mehmet Duranoğlu və Atalay Taşdikenin 'Buraxın Uşaq Oynasın', Vuslat Saraçoğlunun 'Borc', Ozan Açıktanın 'Ailə Arasında', Banu Sıvacının 'Göyərçin', Tolga Karaçelikin 'Kəpənəklər', Dersu Yavuz Altunun 'Ayaz', Ramin Matinin 'Son Çıxış ', Çağla Zencirci və Guillaume Giovanettinin 'Sibel' və Murat Düzgünoğlunun 'Xəlef ' filmləri yer alacaq.

Festivalda uzun metrajlı filmlərlə yanaşı 2006-dan bəridir təşkil edilən mükafatlı sənədli və qısa film yarışmasında dərəcəyə layiq görülən filmlər də kinoseverlərə təqdim ediləcək.

Festival və proqram haqqında daha ətraflı məlumatı "www.BostonTurkishFilmFestival.org" saytından əldə edə bilərsiniz.



Әlaqәli Xәbәrlәr