Yunus Əmrə İnstitunun mədəniyyət diplomatiyası sahəsindəki təlim proqramı

Yunus Əmrə İnstitutu (YƏİ) Türkiyənin mədəniyyət diplomatiyasını inkişaf etdirmək və bütün sahələrdə təcrübələrini bölüşmək məqsədilə Mədəniyyət Diplomatiyası Akademiyası çərçivəsində İstanbulda təlim proqramı təşkil edəcək.

1140825

Milli və beynəlxalq arənada diplomatiya tətbiqləri barədə məlumat sahibi olmaq istəyən, bu sahədə akademik və ya professional olaraq fəaliyyət göstərmək və Türkiyənin mədəniyyət diplomatiyası potensialına töhfə vermək istəyən hər kəs proqrama müraciət edə biləcək.

Bir sıra tədbirlərin keçiriləcəyi proqrama müraciətlər fevralın 15-dək davam edəcək.

Proqramda təlimçilər arasında Prof.Dr. İlbər Ortaylı, Aləv Alatlı, Prof. Dr. Kənan Gürsoy, Paulino Toleda, Leyla İpəkçi, Ömər Toğrul  İnançər və Aşyə Böhürlər kimi şəxslər də yer alacaq.

BMT, Avropa İttifaqı, NATO və YƏİ kimi müxtəlif milli və beynəlxalq təşkilatlar ilə qeyri-hökumət təşkilatlarında işləmək istəyənlər üçün fürsət olması hədəf götürülən “Mədəniyyət Diplomatiyası Tətbiqi Təlim Proqramı” martın 2-də başlayıb 3 ay davam edəcək.

Proqramda ayrıca mədəniyyət diplomatiyası sahəsində fəaliyyət göstərən xarici qurum və təşkilatların nümayəndələri də dəstək olacaq.  

Әlaqәli Xәbәrlәr