Pakistanda Türkiyə Mətbəx Sənətləri Festivalı

"Türkiyə Mətbəx Sənətləri Festivalı həyəcanverici tədbirlərdən biridir. Çünki yemək də bir mədəniyyət və bir mədəni diplomatiyadır", İ.M.Yurdakul

1076036
Pakistanda Türkiyə Mətbəx Sənətləri Festivalı
Pakistan'da Turk Mutfak Sanatlaiı Festivali.jpg
Pakistan'da Turk Mutfak Sanatlaiı Festivali.jpg

  Pakistanda bir həftə davam edəcək Türkiyə Mətbəx Sənətləri Festivalı boyu dəvətlilərə Çırağan Sarayı aşpazları tərəfindən hazırlanan Türkiyə xörək və şirniyyatları təqdim olunur.

  Festivalın paytaxt İslamabaddaki Serena Hoteldə keçirilən açılışında Pakistanın Ədliyyə naziri Məhəmməd Faruk Nasim, Türkiyənin Pakistandakı səfiri İhsan Mustafa Yurdakul, Çırağan Sarayı Satış və Marketinq direktoru Elif Derya Bakkal, Serena Hotelinin müdiri Mişel Qalopin (Michel Galopin) və çox sayda Pakistan, Türkiyə, yerli və xarici dəvətlilər iştirak edib.

  Açılış nitqində İ.M.Yurdakul Çırağan Sarayından gələn üç aşpazın bir həftə boyu Türkiyə mətbəxinin ən bəyənilən xörəklərini təqdim edəcəyini bildirərək deyib:

  "Türkiyə Mətbəx Sənətləri Festivalı həyəcanverici tədbirlərdən biridir. Çünki yemək də bir mədəniyyət və bir mədəni diplomatiyadır. Fəxr etdiyimi Türkiyə mətbəxi Orta Asiyadan Anadoluya uzanan yolda türk yeməklərini bir araya gətirib və Osmanlı zamanı daha da inkişaf edib.

  Pakistanda - İslamabadda Türkiyənin restoranı yoxdur. Bu cür təqdimatlardan sonra yəqin ki, burada Türkiyə restoranlarının açılması üçün də sərmayə qoyacağıq.

  Bu festivalda Türkiyənin hər bir bölgəsinə aid yeməkləri tanımaq imkanı təqdim olunur. Düzdür, türk mətbəxi deyildiyi zaman ilk olaraq ağıla kabab gəlir, amma burada görəcəksiniz ki, daha geniş bir mətbəx mədəniyyətimiz var. Türkiyənin Aralıq dənizindən Egey dənizi bölgəsinə qədər bu yeməkləri görə və dada bilərsiniz. Həm ləzzətlidir, həm də sağlıqlı."

  Serena Hotelin müdiri M.Qalopin də çıxışında Türkiyə-Pakistan diplomatik münasibətlərinə həm də mədəni fəaliyyətlərlə dəstək vermək istədiklərini bildirdi.

  Açılış nitqlərindən sonra Türkiyə mətbəxilə bağlı iki qısa film göstərilib, yeməklər təqdim edilib.

  Festival 2 noyabrda sona çatacaq.



Әlaqәli Xәbәrlәr