Kəbə Sərgi Salonunda Osmanlı əsərləri

Müqəddəs Kəbə Sərgi Salonunda Osmanlı dövrünə aid müxtəlif əsərlər nümayiş etdirilir.

1032683
Kəbə Sərgi Salonunda Osmanlı əsərləri

Məkkədəki yeddi hissədən ibarət sərgi salonunda Kəbənin qıfıl və açarı, Kəbənin daxilindəki sandıq kimi qiymətli əsərlər nümayiş etdirilir. Sərgilənən qıfıl və açar II. Abdulhəmit dövründən qalıb.

Sultan Murat dövrünə aid Həcər-ül Əsvəd Kəmərinin yanında isə Osmanlının fərqli dövrlərdən qalan, Minbər ələmi, qızıl ilə qablaşdırılmış Kəbə Oluğu, Minarə Hilali kimi əsərlər diqqəti çəkir. Sərgidə 1576-cı ildən qalma Səfa qapısı kəməri də nümayiş etdirilir. Yenə Osmanlı dövrünə aid Minbər qapısı da diqqət cəlb edən əsərlər arasındadır.



Әlaqәli Xәbәrlәr