Artuklu hamamı başqa yerə köçürüldü
Türkiyənin Batman vilayətinin Hasankeyf qəsəbəsi ərazisində yerləşən 540 yaşlı, 1200 ton ağırlığında olan Artuklu hamamı Hasankeyf Yeni Mədəniyyət Park sahəsindəki yeni yerinə köçürüldü.
![Artuklu hamamı başqa yerə köçürüldü](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/a216/b560/3d2a/5b6821a73ccba.jpg?time=1736765847)
Türkiyənin Batman vilayətinin Hasankeyf qəsəbəsi ərazisində yerləşən 540 yaşlı, 1200 ton ağırlığında olan Artuklu hamamı Hasankeyf Yeni Mədəniyyət Park sahəsindəki yeni yerinə köçürüldü.
Batman valisi Əhməd Dəniz İlısı su anbarı və hidroelektirik stansiyası layihəsi çərçivəsində əsər köçürmə fəaliyyətlərinin dünyaya nümunə təşkil edəcək xüsusiyyətdə olduğunu söyləyib.
Vali bu əsərlə yanaşı daha 6 əsərin köçürüləcəyini, Hasankeyfin həqiqi mənada tarixi xüsusiyyətini qoruyacağını və yeni Hasankeyfin turizmin mərkəzi olduğunu vurğulayıb.
540 illik olması münasibətilə dünya miqyasında bütöv olaraq köçürülən ən qədim tarixi əsər sayılan 1200 ton ağırlığındakı Zeynəl Bəy türbəsi 12 may 2017-ci il tarixində yeni yerinə uğurlu şəkildə köçürülüb.
Qeyd edək ki, Artuklu hamamının köçürülmə işi 6 saat 40 dəqiqə davam edib.
Әlaqәli Xәbәrlәr
![“Divani-lüğəti-Türk” UNESCO-nun yubiley siyahısına daxil edildi](http://cdn.trt.net.tr/images/medium/rectangle/91d2/c1e8/698b/6761510fcbaed.jpg?time=1736765847)
“Divani-lüğəti-Türk” UNESCO-nun yubiley siyahısına daxil edildi
Türk Mədəniyyəti və İrs Fondunun sədri Aktotı Raimkulova bu barədə danışdı