27 mart - Beynəlxalq Teatr Günüdür

Hər il martın 27-si Beynəlxalq Teatr Günü kimi qeyd olunur.

938364
27 mart - Beynəlxalq Teatr Günüdür

Hər il martın 27-si Beynəlxalq Teatr Günü kimi qeyd olunur. Bu əlamətdar gün Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub. Ənənəyə əsasən hər il Beynəlxalq Teatr Günü münasibətilə görkəmli teatr xadimləri ictimaiyyətə müraciət ünvanlayırlar.

Teatrın çiçəklənən həyatı məkan və zamana çağırış edir. Teatrın ən müasir tamaşaları ötən əsrlərin nailiyyətlərindən qaynaqlanır və hətta ən klassik əsərlər belə səhnəyə qoyulanda müasirləşir və həyati əhəmiyyət kəsb edir. Buna görə də Beynəlxalq Teatr Günü digər proseslərə qoşulmaq baxımından əhəmiyyət kəsb edir. Əsl qloballaşmanı tamaşaçı səhnədə və teatrda tapır. Teatr çox güclüdür. O, müqavimət göstərir və hər zaman - müharibədə də, senzurada da, yoxsulluqda da yaşayır.

 Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan da 27 mart Beynәlxalq Teatr Günü münasibәtilә açıqlama verib.

Rәcәb Tayyib Ərdoğan  universal dəyərləri müdafiə edən, millətin mәdәni inkişafına və təhsilinə son dərəcə müsbət töhfələr verən, sevgini, hörməti, tolerantlığı әsas götürәn hәr növ sәnәtin Türkiyənin inkişafında və irəliləməsində mühüm rol oynadığını bildirib.

Ərdoğan özünəmәxsus metodları  və ifadə formaları ilə tamaşaçıya xitab edən  teatrın ictimai həyatda fəallığını hər ötәn gün artırdığını ifadә edib.

Ərdoğan açıqlamasında bu ifadәlәrә yer verib: ‘‘Dәyәrli teatr sәnәtkarları, teatr işçilәri vә sәnәtsevәrlәri Beynәlxalq Teatr Günü münasibәtilә tәbrik edirәm’’.



Әlaqәli Xәbәrlәr