İbrahim Eren TRT-2 kanalının yenidən açılacağı müjdəsini verdi

Kredit Yataqxanalar Qurumunun Ənənəvi III Tematik Qış Kino Düşərgəsinin açılışında iştirak və çıxış edən İbrahim Eren deyib...

888949
İbrahim Eren TRT-2 kanalının yenidən açılacağı müjdəsini verdi

  Türkiyə Radio Televiziya Qurumu – TRT-nin Baş direktoru İbrahim Eren TRT-2 kanalının yenidən açılacağı müjdəsini verib.

  Kredit Yataqxanalar Qurumu (KYK) ilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Sakarya Universiteti Hüquq fakültəsi Səbahəddin Zaim Konfrans Salonunda keçirilən Ənənəvi III Tematik Qış Kino Düşərgəsinin açılışında iştirak və çıxış edən İbrahim Eren deyib: “Sizə bir müjdə verim: TRT-2-ni, TRT mədəniyyət-sənət kanalını təkrar açırıq. Burada gənclər üçün də çox gözəl verilişlər etməyi nəzərdə tutmuşuq… TRT ictimai kanaldır. Universitetlər təhsil, TRT isə mənəvi fayda verir… TRT, eyni zamanda, Türkiyənin mənafeyini ölkə xaricində də qoruyan bir kanaldır. 16 yerli, 33 xaricə yayılan radiomuz var.”



Әlaqәli Xәbәrlәr