Herakl sənduqəsi Türkiyəyə təhvil verilir

Herakl sənduqəsi İsveçrənin Cenevrə şəhərində nümayiş etdirilir.

755967
Herakl sənduqəsi Türkiyəyə təhvil verilir

Herakl sənduqəsi İsveçrənin Cenevrə şəhərində nümayiş etdirilir.

Bununla da sənduqənin aid olduğu torpaqlara təhvil verilmə prosesi başladı.

Türkiyənin Mədəniyyət və Turizm naziri Nabi Avcı Cenevrədə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) baş direktoru İrina Bokova ilə görüşüb.

Nazir görüşdən sonra Cenevrə Universitetində Türkiyədən qaçırılan Herakl sənduqəsinin nümayiş etdirilməsi üçün keçirilən açılış mərasimində iştirak edib.

Nazir Avcı mərasimdəki çıxışı zamanı deyib ki, bir tarixi əsərin coğrafi, mədəni və bədii mənada qobardılması əslində bir ölkənin mədəniyyətinin deyil, bütün bir dünya mədəniyyətinin bütövlüyünün təxrib edilməsi mənasını  daşıdığı unutmamalıdır.

Nabi Avcı bildirib ki, sənduqənin ölkəmiz təhvil verilməsi prosesində UNESCO ilə birlikdə cəhd göstərildi. Bu da digər əsərlərin aid olduqları ölkələrə qaytarılması üçün cəsarət nümunəsi olmuşdur.

 Mədəniyyət və Turizm naziri Türkiyənin ölkədən qeyri-qanuni olaraq çıxarılmış bütün mədəniyyət əsərlərinin qaytarılması üçün vacib olan cəhdi göstərməkdə davam edəcəyinin vurğulayıb.

2010-ci ildə Cenevrə Gömrüyündə ələ keçirilən Herakl sənduqəsinin nümayiş etdirilməsilə Türkiyəyə təhvil prosesi də başlayır.

Məhkəmə prosesi sonunda sənduqənin Cenevrə Universitetində 3 ay nümayiş etdirilməsindən sonra Türkiyəyə göndərilməsi qərara alınmışdı.

Eradan əvvəl II əsrə məxsus Perge tarixi şəhərində yerləşən məşhur mifologiya qəhrəmanı Herakl 12 işinin təsvir edildiyi qəbirdaşının 235 santimetr uzunluğu, 112 santimetr eni və 3 ton çəkisi var.



Әlaqәli Xәbәrlәr