“Eurovision 2017"-nin biletlərinin qiyməti açıqlandı

Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək “Eurovision 2017” mahnı müsabiqəsinin biletlərinin qiyməti açıqlandı.

669479
“Eurovision 2017"-nin biletlərinin qiyməti açıqlandı

Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək “Eurovision 2017” mahnı müsabiqəsinin biletlərinin qiyməti açıqlanıb.

Müsabiqənin biletlərinin qiyməti 20-100 avro arasında dəyişir.

Mahnı yarışmasının VİP qonaqları üçün satılacaq biletlər isə 200 avro təşkil edəcək. Biletlərin gələn həftədən satışa çıxarılacağı nəzərdə tutulub.

Xatırladaq ki, “Eurovision 2017”nin ilk yarımfinalı mayın 9-da, ikinci yarımfinalı isə mayın 11-də keçiriləcək. Yarışmanın finalı mayın 13-də olacaq. Azərbaycan təmsilçisi Diana Hacıyeva müsabiqənin ilk yarımfinalında 8-ci nömrə altında çıxış edəcək.

Builki yarışmaya 20 min qonağın qatılacağı gözlənilir.

 



Әlaqәli Xәbәrlәr