Parisdə "Türk kinosu ilə görüş" günləri başlayıb

Fransa paytaxtı Parisdə "Türk kinosu ilə görüş" günləri başlayıb.

632033
Parisdə "Türk kinosu ilə görüş" günləri başlayıb

Fransa paytaxtı Parisdə "Türk kinosu ilə görüş" günləri başlayıb. 

Üçüncü dəfə təşkil olunan tədbirin açılışında "Rüzgarda salınan Nilüfer" filmi nümayiş etdirilib.

Tədbirin açılış mərasimində Türkiyənin Paris səfiri İsmayıl Hakkı Musa, Paris Baş konsulu İhsan Əmrə Kadıoğlu, aktrisa Halə Soygazi ilə xeyli sayda Türk və Fransız sənətsevər iştirak edib.

Festival Türkiyənin Fransadakı səfirliyinin təşkilatçılığı ilə UGC Normandie kinoteatrında keçirilir.

Tədbirdə Mehmet Can Mertoğlunun "Albüm", Kıvanç Sezerin "Babamın Kanatları", Hiner Saleemin "Dar Elbise", Mustafa Karanın "Kalandar Soğuğu" ve Cemil Ağacıkoğlunun "Tarla" filmləri də nümayiş olunacaq. 

Festival dekabrın 18-də başa çatacaq. 



Әlaqәli Xәbәrlәr