Tanınmış aktyor Erdal Tosun vəfat etdi

Türkiyənin tanınmış aktyorlarından olan Erdal Tosun İstanbulda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

620327
Tanınmış aktyor Erdal Tosun vəfat etdi

Türkiyənin tanınmış aktyorlarından olan Erdal Tosun İstanbulda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

İstanbulda Sarıyer rayonunda sürətlə hərəkət edən avtomobil maneəyə çırpılaraq, Erdal Tosunun idarə etdiyi maşının üstünə düşüb. Avtomobilinin içərisində sıxılan aktyor hadisə yerində ölüb. 1963-cü il təvəllüdlü Erdal Tosun məşhur aktyor Necdet Tosunun oğlu idi.

Memar Sinan Universiteti Dövlət Konservatoriyasında təhsil alan Erdal Tosun Dövlət Teatrları ilə yanaşı xeyli sayda xüsusi teatrda və müxtəlif filmlərdə rol alıb.

Erdal Tosun kinofilm həyatına  1981-ci ildə rejissorluğunu Atıf Yılmazın etdiyi “Mine” adlı filmlə başlayıb.



Әlaqәli Xәbәrlәr