Yunus Əmrə İnstitutu Türk dilini sevən gəncləri Türkiyədə qonaq edir

Bu il 7-ci dəfə keçirilən Türk Dili Yay Məktəbi Proqramında 46 fərqli ölkədən 540 tələbə iştirak etdi.

558731
Yunus Əmrə İnstitutu Türk dilini sevən gəncləri Türkiyədə qonaq edir

Dünyanın dörd bir tərəfində Türk dilini öyrətməyi qarşısına məqsəd qoyan Yunus Əmrə İnstitutu Türkiyəni və Türk dilini sevən gəncləri Türkiyədə qarşılayır.
 
 İnstitut 2010-ci ildən etibarən müvəffəqiyyət əldə edən məktəbliləri Türk Dili Yay Məktəbi Proqramı ilə 1 ay Türkiyədə qonaq edir.
 
 Bu il 7-ci dəfə keçirilən proqramda 46 fərqli ölkədən 540 tələbə iştirak etdi.
 
 Türk Dili Yay Məktəbi Proqramı çərçivəsində "Dostluq TIRI" da el-el gəzdi.
 
" Dostluq TIRI" və Türk dili sevərlərinin son dayanacağı İstanbulda Sultanəhməd Meydanı oldu.
 
Məktəblilər Türk dilində mahnılar oxudular, dil bilikləri ilə əlaqədar müsabiqəyə qoşuldular.
 
 Bu ilki görüş İstanbulda şənbə günü Prezident Administrasiyası yanında keçiriləcək 2-ci Beynəlxalq Türk Dili Bayramı ilə başa çatacaq.



Әlaqәli Xәbәrlәr