Bred Pittlə “Müttəfiq”

Cared Harris, Lizzi Kaplan və Metyu Qudun da rol aldığı "Müttəfiq" 25 noyabrdan kinoteatrlarda nümayiş etdiriləcək

473844
Bred Pittlə “Müttəfiq”

Baş rolları Bred Pittlə Oskar mükafatlı akrtisa Marion Kotiyarın paylaşdığı, Oskar mükafatlı Robert Zemekisin çəkdiyi “Müttəfiq" ("Allied") filminin çəkilişlərinə başlanılıb.

Filmin çəkilişi Kanarya Adalarında və Londonda “Paramount Pictures" və “GK Films" film istehsalçıları tərəfindən həyata keçirilir.

Dramatik-romantik janrda olan filmin orijinal hekayəsini Stiven Nayt qələmə alıb.

Qrem Kinq, Zemekis və Stiv Starkeyin üzərlərinə aldığı filmdə Denis O'Sullivan, Cek Rapke, Ceki Levin, Patrik Makkormik və Nayt həm də məsul prodüser kimi fəaliyyət göstərirlər.

Cared Harris, Lizzi Kaplan və Metyu Qudun da rol aldığı "Müttəfiq" 25 noyabrdan kinoteatrlarda nümayiş etdiriləcək.



Әlaqәli Xәbәrlәr