Türk musiqi alətləri Frankfurtda nümayiş etdirildi

Professional musiqi alətləri və avadanlıqları sahəsində dünyanın ən böyük sərgisi hesab edilən və Almaniyanın Frankfurt şəhərində baş tutan "Musikmesse" sərgisinə təqdim olunan ənənəvi türk musiqi alətləri ziyarətçilərin marağına səbəb olub.

467708
Türk musiqi alətləri Frankfurtda nümayiş etdirildi

Sərgidə səhnə və musiqi texnologiyaları sektorunun son nailiyyətləri ziyatərçilərə təqdim olunub.

Dünyanın müxtəlif ölkələrindən 1103 firmanın qatıldığı builki sərgidə Türkiyə 12 firma ilə təmsil olunur. Türk firmaları sərgidə əl istehsalı olan baraban halqası və ənənəvi türk musiqi alətlərini sərgiləyir.

Xüsusilə baraban halqasını təqdim edən türk firmaları onu Almaniya başda olmaqla Amerika Birləşmiş Ştatları, Çin, Yeni Zelandiya və Avstraliya olmaqla xeyli sayda ölkəyə ixrac edir. Həmin firmalarının Türkiyədəki fabriklərinə isə təxminən 160 ölkədən ziyarətçi gəlir.

Türkiyə əl istehsalı olan baraban halqası sahəsində ən yaxşı ölkə adını qazanıb. Sərgidə təxminən 150 növ halqa sərgilənir və işin önəmli tərəfi odur ki, bu halqaların saxta versiyasını hazırlamaq mümkün deyil.

Sərgidə həmçinin dünyanın dörd bir yanına ixrac edilən türk musiqi alətlərindən bağlama, ud, darbuka, baraban, ney, zurna və saz kimi alətlər də sərgilənir.

Sərgi aprelin 10-a qədər davam edəcək.



Әlaqәli Xәbәrlәr