Qazaxıstan və Türkiyə dostluq konserti

Eskişehirdə “ Qazaxıstan və Türkiyə dostluq Konserti” təşkil olunub.

449082
Qazaxıstan və Türkiyə dostluq konserti

Atatürk Mədəniyyət Mərkəzində Qazaxıstanın məhşur bəstəkarı Tattimbetin 200 illik yubileyi şərəfinə təşkil olunan konsertdə Karaqandi Tattimbet Qazax Xalq Musiqi Orkestri çıxış edib.

Drijor Ukibay Duisenin rəhbərlik etdiyi orkestr türk dünyasından əsərlər səsləndirib.

Atatürk Mədəniyyət Mərkəzində təşkil olunan konsertə Eskişehir Valisi Güngor Azim Tuna və həyat yoldaşı Pervin Tuna, TÜRKSOY İdarə Heyəti rəhbəri Düsen Kaseinov, Eskişehir Vali köməkçisi Ömer Faruk Günay, Karaqandi Əyalət Vali köməkçisi Jandos bişev, müxtəlif qeyri-hökumət təşkilatların təmsilçiləri və Qazaxıstandan gələn qonaqlar qatılıb.



Әlaqәli Xәbәrlәr