Anadolu Ana tanrıları sıfır nöqtəsində

Sərgidə Qərbi Avropa və Şimali Amerikanı Türkiyə təmsil edib.

447116
Anadolu Ana tanrıları sıfır nöqtəsində

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət qurumu olan YUNESKO-nun (UNESCO) Beynəlxalq Qadınlar günü çərçivəsində təşkil edilən tədbirlərində türkiyəli heykəltəraş Cahide Erelin "Anadolu Ana tanrıları sıfır nöqtəsində" əsəri nümayiş olunub.

YUNESKO-nun Parisdəki mərkəzində "Qadının əbədi inkişafdakı rolu" mövzulu sərginin açılışı olub. Sərgidə Qərbi Avropa və Şimali Amerikanı Türkiyə təmsil edib.

Təşkilatda Şərqi Avropa qrupunu Ermənistan və Ukrayna, Latın Amerikası və Karib bölgəsini Kuba və Dominikan, Asiya və Sakit okean bölgəsini Banqladeş, Toqo və ərəb ölkələrini Bəhreyn və Misir sənətçiləri təmsil edərək əsərlərini sərgiləyiblər.



Әlaqәli Xәbәrlәr